DÜNYA


ABŞ Ukrayna taxılının ixracı üçün marşrutlar işləyib hazırlayır

Vaşinqton, 18 may, AZƏRTAC

Ukrayna limanların təcrid olunması səbəbindən taxılı ixrac edə bilmir. Bu səbəbdən, Vaşinqton Avropadan olan müttəfiqləri ilə Ukraynadan buğda və qarğıdalının aparılması üçün marşrutlar işləyib hazırlamağa başlayıb.

AZƏRTAC Amerika KİV-inə istinadla xəbər verir ki, bu məsələ ABŞ dövlət katibi Entoni Blinkenin Birləşmiş Millətlər Təşkilatında (BMT) görüşü zamanı diqqət mərkəzində olacaq. Rəsmi şəxslər ərzaq ixracının dəmir yolu, dəniz və hava ilə təhlükəsiz çatdırılmasının variantlarının geniş spektrini nəzərdən keçirirlər. Rusiyanın bununla razılaşıb-razılaşmayacağından asılı olmayaraq, mümkün ssenarilər öyrənilir və onlar üzərində iş aparılır.

Qara dənizdə Ukrayna limanlarının təcrid olunması səbəbindən bu ölkənin taxılının dünya bazarında defisiti qlobal ərzaq çaxnaşması ilə nəticələnə bilər. Dünyada bu ərzaq növünün qiymətinin artımı 20-30 faiz təşkil edə bilər. İnflyasiyanın rekord dərəcəyə çatdığı ABŞ kimi ölkələrdə taxılın qiymətinin artması ciddi sosial və iqtisadi problemlərə səbəb olacaq. BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Devid Bizlinin fikrincə, əgər limanlar 60 gün ərzində işə başlamazsa, Ukrayna iqtisadiyyatını iflas gözləyir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.