DÜNYA


ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 10,5 milyard dolları ötüb

Bakı, 20 avqust, AZƏRTAC

Ağ ev administrasiyası Prezident Co Baydenin hakimiyyəti dövründə Ukraynaya ümumilikdə 10,6 milyard dollar həcmində silah və hərbi avadanlıq tədarük edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Dövlət katibi Entoni Blinken cümə günü Pentaqonun Kiyevə əlavə olaraq 775 milyon dollarlıq hərbi yardım paketi ayrıldığını elan etməsindən sonra bildirib. “Bu paketlə ABŞ-ın hazırkı administrasiyasının işə başladığı vaxtdan bəri təhlükəsizlik sahəsində Ukraynaya ayrılan yardımın ümumu məbləği təxminən 10,6 milyard dollara çatıb”, - Blinken belə deyib.

Onun sözlərinə görə, “təhlükəsizlik sahəsində yadım” Kiyevə ABŞ-ın müttəfiqi və tərəfdaşı olan 50-dən çox ölkədən daxil olur.

Xatırladaq ki, Vaşinqtonun təqdim etməyə hazırlaşdığı yeni hərbi yardım paketinə yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi, 15 pilotsuz kəşfiyyat uçuş aparatı, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, tank əleyhinə Javelin və TOW raket kompleksləri, həmçinin digər hərbi avadanlıq daxildir.

Birləşmiş Ştatlar Ukraynanın şərqində və cənubunda döyüş əməliyyatlarının gedişini onun xeyrinə dəyişmək ümidi ilə Kiyevə yeni hərbi vasitələr vermək imkanlarını da araşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.