DÜNYA


ABŞ Ukraynaya yeni hərbi yardım paketi verəcək

Kiyev, 4 oktyabr, AZƏRTAC

ABŞ Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi verəcək.

AZƏRTAC Ukrayna KİV-inə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib. 625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri daxildir.

Qeyd edək ki, Ağ evin sentyabrın 28-də Ukraynaya təqdim etdiyi 1,1 milyard dollarlıq hərbi yardım paketinə əsasən ABŞ bu ölkəyə 18 HIMARS verəcək.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.