SİYASƏT
ABŞ VƏ BÖYÜK BRİTANİYA TƏYYARƏLƏRİ İRAQIN CƏNUBUNA YENİDƏN ZƏRBƏ ENDİRMİŞDİR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, ABŞ və Böyük Britaniya təyyarələri İraqın cənubundakı Bəsrə və Əl-Kutə şəhərlərinə yenidən zərbə endirmişdir. ABŞ mərkəzi komandanlığının fevralın 23-də yayılmış bəyanatında deyilir ki, İraq müttəfiqlərin təyyarələri üzərinə cəpərləmə zenit atəşi açdıqdan sonra İraqın hava hücumundan müdafiə qüvvələrinin altı rabitə və kommunikasiya obyekti lazerlə hədəfə alan raketlərlə bombardman edilmişdir.
İraq tərəfdən ölənlər və dağıntılar barədə məlumat daxil olmamışdır.
ABŞ mərkəzi komandanlığının məlumatına görə, Bağdad müttəfiqlərin İraq təyyarələrinin uçuşları üçün “qadağan edilmiş” zonada patrul xidməti çəkən təyyarələrini bu il yüz dəfədən də çox atəşə tutmuşdur.