SİYASƏT
ABŞ VƏ TÜRKİYƏ AMERİKA HƏRBİ HEYƏTİNİN STATUSİ BARƏDƏ PROTOKOL İMZALAMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Türkiyə və ABŞ-ın xarici siyasət idarələrinin nümayəndələri Türkiyənin hərbi baza və limanlarının modernləşdirilməsi ilə məşğul olacaq Amerika hərbi heyətinin statusu barədə protokol imzalamışlar. Pentaqon həmin baza və limanlardan İraqa qarşı hərbi əməliyyatlarda istifadə etmək niyyətindədir. Bu məqsədlə ABŞ Türkiyəyə 250 milyon dollar vəsait ayırmışdır.
Yaxın vaxtlarda Türkiyəyə 4 min ABŞ hərbçisinin gələcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:21]
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
- 25.04.2024 [16:35]