DÜNYA


ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: Tam vaksinlənmiş amerikalılar maska taxmadan toplaşa bilərlər

Vaşinqton, 9 mart, AZƏRTAC

COVID-19-a qarşı vaksinlənmiş amerikalılar arasında xəstələnmə riski yüksək olan adamlar yoxdursa, onlar maska taxmadan və məsafə gözləmədən kiçik qruplar şəklində qapalı yerlərdə toplaşa bilərlər.

AZƏRTAC xəbər verir ki, bu məlumat ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yeni təlimatında əks olunub.

Vaksinlənmiş insanlarda xəstəlik simptomları yoxdursa, onların karantində qalmasına və ya COVID-19-a yoluxmuş insanlarla kontaktdan sonra təkrar test keçmələrinə ehtiyac olmayacaq.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel P.Valenski deyib: “Biz insanları başa düşürük, onlar öz fəaliyyətini bərpa etmək və yaxınlarına baş çəkmək üçün peyvəndlənmək istəyirlər”.

Mərkəzin məlumatına görə, Birləşmiş Ştatlarda təqribən 31 milyon nəfər, yəni ölkə əhalisinin təqribən 9 faizi koronavirusa qarşı tam vaksinlənib. Bu o deməkdir ki, həmin insanlar “Pfizer-BioNTech” və ya “Moderna” vaksininin hər iki dozasını qəbul ediblər. Xatırladaq ki, keçən həftə “Johnson & Johnson” şirkəti tərəfindən daha bir vaksin yaradılıb.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.