DÜNYA


ABŞ-a getmək istəyən gürcüstanlıların sayı hər il artır

Tbilisi, 30 oktyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarına getmək istəyən Gürcüstan vətəndaşlarının sayı hər il artır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, 2018-ci ildə 122 mindən çox Gürcüstan vətəndaşı ABŞ-da daimi yaşayış hüququnun verilməsi qaydalarını şaxələndirən vizaların alınmasına görə lotereya oyunlarında iştirak edib. Bu rəqəm 2017-ci ildə 99 min, 2016-cı ildə isə 74 min təşkil edib. Departamentin məlumatında ölkə əhalisinin sayı 3,7 milyon nəfər göstərilib.

Bildiriblər ki, ABŞ-a üz tutan Gürcüstan vətəndaşlarının sayı 2016-cı ildən başlayaraq artıb. Əvvəlki illərdə bu rəqəm xeyli az olub. 2007-ci ildən 2010-cu ilədək 30 min, 2010-2012-ci illərdə isə 50 min Gürcüstan vətəndaşı daimi yaşayışa icazə verilməsi ilə bağlı ABŞ-a müraciət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.