DÜNYA


ABŞ-a məxsus hərbi maşın karvanı İraqda silahlı hücuma məruz qalıb

Bağdad, 15 may, AZƏRTAC

İraqın Mutanna və Əd-Divaniyə vilayətlərində ABŞ ordusuna məxsus maşın karvanları növbəti dəfə silahlı hücuma məruz qalıblar.

AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, İraqdakı ABŞ-ın hərbi bazalarına demək olar hər gün silahlı hücumlar həyata keçirilir.

Maşın karvanlarına hücum zamanı ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, İraqda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, eləcə də ictimaiyyət və din xadimləri ABŞ ordusuna məxsus hərbi hissələrin ölkədən çıxarılmasını tələb edirlər. Hətta İraq parlamenti 2020-ci ilin yanvarında bu barədə qanun qəbul edib. Parlamentdə təmsil olunan bütün siyasi partiyalar və hərəkatların dəstəyi ilə qəbul olunan qanuna görə, ölkə ərazisində digər dövlətlərə məxsus hərbi hissələr fəaliyyət göstərə bilməz. Bu məsələ ötən il İraq Prezidentinin Vaşinqtona rəsmi səfəri zamanı iki ölkə prezidenti arasında da müzakirə olunub. Lakin rəsmi Vaşinqton hərbi hissələrini İraqdan çıxarmağa tələsmir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.