DÜNYA
ABŞ admiralı Pxenyana qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb
Tokio, 18 may, AZƏRTAC
ABŞ-ın Sakit okeandakı silahlı qüvvələrinin komandanı bütün ölkələri Pxenyana qarşı daha kəskin sanksiyalar tətbiq etməyə çağırıb.
Admiral Qarri Harrison bu barədə Tokiodakı çıxışında deyib. O, Şimali Koreyanın mayın 14-də keçirdiyi orta məsafəli raket sınağını ciddi təhlükə adlandırıb. Q.Harrisin sözlərinə görə, bu hal Kim Çen In rejiminin sülhə və sabitliyə qarşı təhlükə olduğunu bir daha təsdiq edir.
Q.Harrisin sözlərinə görə, Pxenyanın hərəkətləri yalnız Koreya yarımadası üçün deyil, eyni zamanda Yaponiya, Rusiya, Birləşmiş Ştatlar və dünyanın digər ölkələri üçün təhlükədir. Məhz buna görə də ABŞ Şimali Koreyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə kəskinləşdirməyə çağırır, - deyə bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]