DÜNYA


ABŞ bəzi Çin məhsullarına rüsumları mayın 10-dan artırır

Bakı, 8 may, AZƏRTAC

ABŞ bir ildə həcmi 200 milyard dollar olan Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qədər artırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Federal Reyestrinin məlumatına əsasən, qərar mayın 10-dan qüvvəyə minəcək. Bir qədər əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəzi Çin mallarına rüsumları artıracağını bildirmiş, həmçinin digər məhsullara rüsum tətbiq olunacağını da istisna etməmişdi.

Xatırladaq ki, Çin və ABŞ ötən ilin iyul və sentyabr aylarında rüsumları qarşılıqlı artırmışdı. 2018-ci il dekabr ayının əvvəlində iki ölkə liderlərinin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə ticarət müharibəsində “atəşkəs” barədə razılıq əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər 3 ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Ticarət sazişinin bağlanması üçün ayrılan vaxt mart ayının 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün düzgün məcrada davam edənə qədər rüsumları artırmamağa hazır olduğunu bəyan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.