DÜNYA


ABŞ: biznes-parkda atəş açılıb, ölənlər və yaralananlar var

Bakı, 18 oktyabr, AZƏRTAC

Harford dairəsindəki (Merilend ştatı) Emmorton biznes-parkında atəş açılıb, ölənlər və yaralananlar var.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu yerli şerif bildirib. O, hadisə yerində olduğunu, insident nəticəsində 3 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını özünün Twitter səhifəsində təsdiqləyib.

CNN telekanalı isə şerifin müavininə istinadla 5 nəfərin yaralandığına dair məlumat yayıb. Hücum edən şəxsin cinayət yerindən qaçıb gizləndiyi, polisin onu axtardığı bildirilir.

Yaxınlıqda yerləşən beş məktəbin şagirdlərinə təhsil müəssisələrinin ərazisini tərk etməmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.