DÜNYA
ABŞ-da 104 yaşlı veteran koronavirusdan sağalıb
Bakı, 2 aprel, AZƏRTAC
Oreqon ştatının sakini 104 yaşlı II Dünya müharibəsi veteranı Bill Lapsçis koronavirusun səbəb olduğu xəstəlikdən sağalıb.
AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, Lapsçis koronavirusa yoluxduqdan sonra sağalan ən yaşlı insandır. O, özünün 104 yaşını bu həftənin əvvəlində qeyd edib.
II Dünya müharibəsi illərində Aleut adalarında xidmət edən Bill Lapsçis Oreqon ştatının Lebanon şəhərində müharibə veteranları üçün tikilən qocalar evinin koronavirusa yoluxan 15 sakinindən biri idi. Həmin pasientlərdən ikisi bu həftə həyatını itirmişdi.
Federal və yerli hakimiyyət orqanlarının informasiyaları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, indiyə qədər ABŞ-da koronavirusa 216 mindən çox yoluxma və bu xəstəlikdən 5,1 mindən çox ölüm faktı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]