DÜNYA


ABŞ-da 10 sentlik sikkə 1,32 milyon dollara satılıb

Bakı, 20 avqust, AZƏRTAC

Birləşmiş Ştatların Çikaqo şəhərində keçirilən hərracda ABŞ-da 1894-cü ildə buraxılmış 10 sentlik sikkə 1,32 milyon dollara satılıb. AZƏRTAC SBS telekanalının saytına istinadla xəbər verir ki, 125 il bundan əvvəl dövriyyəyə buraxılmış bu 12 sikkədən birinin alıcısı “Real Salt Lake” futbol klubunun sahibi və numizmatika kolleksiyaçısı Dell Loy Hansen olub.

Telekanalın xəbərində bildirilir ki, kolleksiyaçı 1792-ci ildən bəri buraxılan sikkələrin kolleksiyasını toplayır. Qeyd olunur ki, 2016-cı ildə keçirilmiş hərracda 125 il bundan əvvəl buraxılmış digər sikkə 2 milyon dollara satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.