DÜNYA


ABŞ-da 2020-ci il prezident seçkiləri ilə əlaqədar Demokratlar Partiyasının namizədləri arasında ilk debatlar keçirilib

Vaşinqton, 27 iyun, AZƏRTAC

ABŞ-da 2020-ci il prezident seçkiləri ilə əlaqədar Mayamidə Demokratlar Partiyasının namizədləri arasında ilk debatlar keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk debatlarda ABŞ Prezidenti vəzifəsinə Demokratlar Partiyasını təmsil edən 24-dən çox iddiaçıdan 10 nəfəri çıxış edib. Digər namizədlərin iştirakı ilə ikinci debatlar iyunun 27-də keçiriləcək.

Birinci debatlarda senatorlar: Kori Buker (Nyu-Cersi ştatı), Emi Klobuçar (Minnesota ştatı) və Elizabet Uorren (Massaçusets ştatı); Nümayəndələr Palatasının üzvləri Tulsi Qabbard (Havay adaları) və Tim Rayan (Ohayo ştatı); Merilend ştatının nümayəndəsi Con Delani, Texas ştatının nümayəndəsi Beto O’Rurk; mənzil tikintisi və şəhərlərin inkişafı məsələləri üzrə keçmiş nazir Culian Kastro; Nyu-Yorkun meri Bill de Blazio və Vaşinqtonun qubernatoru Cey İnsli iştirak ediblər.

NBC teleşirkəti tərəfindən təşkil olunmuş debatlarda ABŞ-ın daxili və xarici siyasəti, o cümlədən səhiyyə problemləri, abort, ABŞ-ın İran, Rusiya və Çin barəsində xarici siyasəti, immiqrasiya, vergilər və digər məsələlər müzakirə edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.