DÜNYA


ABŞ-da Alabama Universitetinin yaxınlığında atışma olub, iki nəfər ölüb

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ-da Alabama Dövlət Universitetinin yaxınlığında atışma nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, Montgomery Advertiser nəşrinin polisə istinadla yaydığı məlumata görə, atışma cümə axşamı günü universitetdən bir qədər aralıda baş verib. Montqomeri dairəsinin polisi hadisə yerinə yerli vaxtla saat 19:15-də gəlib. Bir nəfər hadisə yerində ölüb, daha dörd nəfər xəstəxanaya çatdırılıb, onlardan birinin yarası ölümcül olub.

Təhqiqat ilkin mərhələdədir.

Universitetin rəhbəri Kvinton Ross bildirib ki, atışma kampusun ərazisində deyil, yaxınlıqdakı binaların birində baş verib. Onun sözlərinə görə, hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün universitet nümayəndələri polislə əməkdaşlığı davam etdirirlər.

Son günlər ABŞ-da odlu silahla bir sıra faciələr törədilib. Avqustun 3-də Cielo Vista ticarət mərkəzinin ərazisində (Texas ştatı) bir nəfərin açdığı atəş 22 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnib. Avqustun 4-nə keçən gecə Deytonda (Ohayo ştatı) silahlı hücum zamanı 9 nəfər öldürülüb, 20-dən çox insan yaralanıb. Rezonans doğuran daha bir hadisə ötən çərşənbə günü Filadelfiyada (Pensilvaniya ştatı) baş verib: polis əməkdaşlarının atəşə tutulması nəticəsində 6 qanun keşikçisi müxtəlif dərəcəli xəsarətlər alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.