DÜNYA


ABŞ-da “Amazon”un çeşidləmə mərkəzinin uçması nəticəsində iki nəfər ölüb

Bakı, 3 noyabr, AZƏRTAC

ABŞ-ın Baltimor şəhərində “Amazon” kompaniyasının çeşidləmə mərkəzinin binasının qismən uçması nəticəsində iki nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, CBS Baltimore telekanalının yaydığı məlumata görə, insident noyabrın 3-də səhər saatlarında qeydə alınıb.

Mərkəzin qarşısında dayanan bir neçə yük avtomobili də dağıntıların altında qalıb. Şəhərin yanğınsöndürmə bölməsi faktı təsdiqləsə də, hadisənin təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, “Amazon” sentyabr ayında kapitalı 1 trilyon dolları ötən ikinci Amerika kompaniyası olub. İlk olaraq bu uğura avqust ayında “Apple” korporasiyası imza atmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.