DÜNYA


ABŞ-da Əmək Günü qeyd edilir

Vaşinqton, 7 sentyabr, AZƏRTAC 

Əmək Gününə həsr edilmiş istirahət günləri ABŞ-da çoxları üçün yayın sonunu simvolizə edir və adətən qonaqlıq, küçə paradları və cürbəcür tədbirlərlə qeyd olunur. Əmək Günü federal bayram hesab edilir.

AZƏRTAC xəbər verir ki, bayram ildə bir dəfə - sentyabrın ilk bazar günündə keçirilir. Bir versiyaya görə, bayramı Amerika Əmək Federasiyasının həmtəsisçisi Piter MakQuayr təsis edib, digər versiyaya görə isə bu bayramın keçirilməsi ideyasını Mərkəzi Həmkarlar İttifaqının katibi Metyu Maquayr irəli sürüb. Əmək Gününün təsis olunması barədə qanunu ABŞ-ın 22-ci Prezidenti Qrover Klivlend 1894-cü il iyunun 28-də imzalayıb. Əmək Günü hazırkı bütün imtiyazlara nail olunmasında ölkənin inkişaf prosesinə amerikalı zəhmətkeşlərin töhfəsini simvolizə edir. Əmək Günü istirahət günü kimi qeyd olunur. Bu, həmin insanların hansı sosial-iqtisadi rifah üçün mübarizə apardığını və bu mübarizənin necə ağır olduğunu əks etdirir.

Bu il Əmək Günü xüsusi əhəmiyyət kəsb edir. Çünki Amerika koronavirus pandemiyası ərzində ölkəyə güclü qalmaqda kömək edən səhiyyə sahəsində çalışan minlərlə cəsur mütəxəssisin və yardımçı heyətin əməyini qeyd edir.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.