CƏMİYYƏT


ABŞ-da Azərbaycanın minalanmış əraziləri ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Bakı, 26 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Əsmər Hüseynovanın təşkilatçılığı ilə Vaşinqton, Los-Anceles və Boston şəhərlərində Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək üçün məlumatlandırıcı aksiya keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, üzərində “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik!”, “İnsan ölümlərinə son qoyulsun!", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir!", "Ermənistan, müharibə cinayətlərini dayandır!", "Uşaqlar mina qurbanı olmasın!" kimi şüarlar və fotolar yerləşdirilmiş led ekranlı yük avtomobilləri ABŞ şəhərlərinin mərkəzi küçələrində hərəkət edib.

Vaşinqtondakı aksiya Ağ evin qarşısını, Stanton Parkı, “Lafayette” meydanını, “City Center” Plazanı, “Farragut” meydanını, “CityCenter DC”, Linkoln parkı və digər ətraf əraziləri, Los-Anceles şəhərindəki aksiya “LA-Rodeo Drive”, “Sunset” Bulvarı, “Mulholland Drive”, “Hollywood” Bulvarı, “Melrose” prospektini, Boston şəhərindəki aksiya “Allstone Village”in əsas küçələrini, “Boudoin Geneva” küçəsini, “Brighton” ərazisini, “JP Centre”, “Mission Hill” və insanların ən sıx toplaşdığı digər məkanları əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.