DÜNYA


ABŞ-da COVID-19-a qarşı “Pfizer-BioNTech” vaksininin 12-15 yaşlı uşaqlar üçün tətbiqinə icazə verilib

Vaşinqton, 11 may, AZƏRTAC

ABŞ Ərzaq Məhsullarına və Dərmanlara Nəzarət İdarəsi 12-15 yaşlı uşaqlar üçün koronavirusa qarşı “Pfizer-BioNTech” vaksininin gələn həftənin əvvəlindən etibarən tətbiq edilməsinə razılıq verib.

AZƏRTAC xəbər verir ki, agentlik bu barədə bəyanatla çıxış edib. “Pfizer” şirkəti koronavirusa qarşı öz vaksinindən 12-15 yaşlı uşaqlar və yeniyetmələr üçün təcili istifadə edilməsinə icazə verilməsi üçün müraciət edib. İndi agentlik həmin vaksindən fövqəladə hallarda istifadə edilməsi üçün icazəyə düzəliş etməli olacaq. “Pfizer” şirkətinin nümayəndələri mart ayının axırlarında bildiriblər ki, 12-15 yaşlı 2260 uşağın iştirakı ilə aparılmış klinik tədqiqat nəticəsində vaksinin effektivliyinin 100 faiz təşkil etməsi və peyvəndləmənin yaxşı keçməsi təsdiqlənib. Hazırda ABŞ-da həmin vaksindən yaşı 16 və daha yuxarı olan insanlar üçün istifadə edilməsinə icazə verilib.

“Pfizer” və “Moderna” şirkətləri öz vaksinlərini altı aylığa qədər uşaqlar üzərində testləşdirir və bu il tənzimləyicidən həmin vaksinlərdən körpələr və azyaşlı uşaqlar üçün istifadə olunmasına icazə verilməsini xahiş etməyə hazırlaşır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.