DÜNYA


ABŞ-da COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə insanlar məzuniyyət müddətində səfər etməməyə çağırılıb

Vaşinqton, 20 noyabr, AZƏRTAC

Noyabrın 19-da ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin rəsmi şəxsləri COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə amerikalıları qarşıda gələn Şükranlıq Günü bayramında səfərə çıxmamağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzin nümayəndəsi, doktor Henri Uolkun sözlərinə görə, agentlik ölkədə koronavirusa yeni yoluxma, xəstəxanaya yatırılma və ölüm hallarının sayının sürətlə artmasından sonra məzuniyyət zamanı səfərə getmək və insanların bir yerə toplaşması üzrə yenilənmiş təlimatları dərc edib. Uolk deyib: “Biz yoluxmaların sayının eksponensial artımından narahatıq”.

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi nəzdində İctimai müdaxilə və əhalinin böhran qrupu ilə iş üzrə hədəf qrupundan olan doktor Erin Zauber-Şatsın sözlərinə görə, koronavirus üzrə yeni təlimat agentlik tərəfindən noyabrın 11-də dərc edilən bundan əvvəlki tövsiyələrin yenilənmiş versiyasıdır. Onun sözlərinə görə, bundan əvvəl dərc olunan qaydalarda səfərlərə məhdudiyyət və ya bayram təntənələrində insanların toplaşmasına limitlər qoyulmayıb.

Rəsmi şəxslər vurğulayıblar ki, ilkin rəhbər prinsiplərin dərc olunduğu andan Birləşmiş Ştatlarda 1 milyondan artıq yeni yoluxma halları qeydə alındığı üçün agentlik daha sərt tövsiyələr təqdim etməyi zəruri hesab edib. “Amerikalılar pandemiyanın bu qızğın çağında Şükranlıq Günü təntənələrinin ən təhlükəsiz keçirilməsinin yolları barədə düşünməlidirlər”, - deyən Uolk bu səbəbdən öz valideynləri ilə yanvar ayından görüşmədiyini bildirib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.