DÜNYA


ABŞ-da “Cessna 303” təyyarəsinin evin üstünə düşməsi nəticəsində 1 nəfər ölüb

Bakı, 18 avqust, AZƏRTAC

ABŞ-ın Nyu-York ştatının Pokipsi şəhərində “Cessna 303” təyyarəsi yaşayış evinin üstünə düşüb. Bu barədə ABC telekanalı ABŞ Federal Aviasiya İdarəsinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin içində olan üç nəfərdən biri qəza nəticəsində həlak olub. Təyyarənin çırpıldığı evdə bir kişi və iki qadın olub. Hadisədən sonra evdə yanğın baş verib. Qadınlardan biri ağır xəsarət alıb. Kişinin taleyi barədə məlumat yoxdur.

Xatırladaq ki, təyyarə Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. Federal Aviasiya İdarəsi hadisə ilə bağlı təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.