DÜNYA


ABŞ-da Demokratlar Partiyasından namizədlərin debatlarının doqquzuncu turu keçirilib

Vaşinqton, 20 fevral, AZƏRTAC

Nevada ştatının Las-Veqas şəhərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı debatlarının doqquzuncu turu keçirilib.

AZƏRTAC xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ prezidentliyinə öz namizədlərini seçməlidirlər. O, bu il prezident kürsüsü uğrunda Donald Trampla mübarizə aparmalıdır.

“NBC News” və MSNBC kanallarının “The Nevada Independent” qəzeti ilə birgə təşkil etdikləri debatlarda Vermontdan senator Berni Sanders, Saut-Bend şəhərinin keçmiş meri, Pit Buttiqeq (İndiana ştatı), Massaçusets ştatından senator Elizabet Uorren, Minnesota ştatından senator Emi Klobuçar, keçmiş vitse-prezident Co Bayden və Nyu-Yorkun sabiq meri, milyarder Maykl Blumberq iştirak ediblər.

Debatlarda namizədlərin ABŞ səhiyyə sistemində islahatların aparılması barədə planları, qlobal istiləşmə problemi, namizədlərin həmkarlar ittifaqları ilə münasibətləri, ABŞ-ın ticarət münasibətləri və Amerika cəmiyyəti qarşısında duran digər mühüm problemlər müzakirə edilib.

Debatlar əhalisi Demokratlar Partiyasının tərkibini digər ştatlara nisbətən daha çox əks etdirən bir ştatda keçirilib. Belə ki, Nevada əhalisinin təqribən 30 faizi Latın amerikalılardan, 10 faizindən çoxu Afrika mənşəli amerikalılardan ibarətdir. Son illərdə Nevadada Asiya mənşəli amerikalıların sayı sürətlə artır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.