DÜNYA


ABŞ-da F-35 qırıcılarında xüsusi təlim keçən türkiyəli heyətin fəaliyyəti dayandırılıb

Ankara, 12 iyun, AZƏRTAC

ABŞ-ın Arizona ştatındakı “Luke” aerodromunda F-35 qırıcıları ilə xüsusi təlim keçən türkiyəli hərbi pilotların fəaliyyəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrindən 4 pilot və 20 nəfərlik mühəndis-texniki heyət bu təlimlərə cəlb olunmuşdu.

Qeyd edək ki, ABŞ bu qərarı Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini almasına qarşı qəbul edib. Türkiyə tərəfi rəsmi olaraq bu qərarı ədalətsiz və münasibətlərə xələl gətirən addım kimi dəyərləndirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.