ABŞ-da Martin Lüter Kinq Günü qeyd edilir
AzerTAg.az
Vaşinqton, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də ABŞ-da Martin Lüter Kinq Günü qeyd edilir. Həmin gün dövlət bayramı sayıldığı üçün dövlət müəssisələri və özəl müəssisələrin çoxu bağlı olur.
AZƏRTAC xəbər verir ki, adətən həmin gün ölkədə qaradərililərin hüquqları uğrunda dünyada ən məşhur insan sayılan doktor Kinqin xatirəsinə həsr edilmiş aksiyalar keçirilir. Lakin bu il koronavirus pandemiyası səbəbindən bütün belə aksiyalar ləğv edilib.
Məlum olduğu kimi, doktor Kinq qaradərililərin ağdərili insanlarla bərabər hüquqları uğrunda, irqi ayrı-seçkiliyə və seqreqasiyaya qarşı mübarizədə zor tətbiq edilməməsi və boykot prinsipindən istifadə edildi. O, ABŞ ordusunun Vyetnam müharibəsində iştirakına da fəal etiraz edirdi. Həyatının son illərində Marin Lüter Kinq həm irqçiliyə, həm də bütün Amerikada işsizliyə, aclığa və yoxsulluğa qarşı mübarizə problemləri ilə məşğul olurdu.
Martin Lüter Kinqin “Mənim bir arzum var” adlı nitqi onu xüsusilə məşhurlaşdırıb. 1963-cü ildə Vaşinqtonda Linkolnun abidəsi ətrafında keçirilən yürüşdə 300 minə yazın amerikalı bu nitqi dinləyirdi. Kinq həmin nitqində gələcəyi necə təsəvvür etdiyini bildirirdi: ağdərili və qaradərili insanlar bərabərhüquqlu vətəndaşlar kimi yanaşı mövcud olmalı idi.
Amerika cəmiyyətinin demokratikləşməsinə verdiyi mühüm töhfəyə görə 1964-cü ildə Martin Lüter Kinq Nobel Sülh mükafatına layiq görülüb. O, Tennessi ştatının Memfis şəhərində qətlə yetirilib. Qatilin Ceyms Herl Rey ad-soyadlı şəxs olması güman edilir. 2004-cü ildə Kinq ölümündən sonra ABŞ-ın ali mükafatı – Konqresin qızıl medalı ilə təltif edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var