DÜNYA


ABŞ-da “Maykl” fırtınası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Bakı, 13 oktyabr, AZƏRTAC

ABŞ-ın şərq sahillərində “Maykl” fırtınası nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumata görə, Marianna şəhərinin polis rəisi Florida ştatının Cekson dairəsində üç nəfərin öldüyünü təsdiqləyib. Həmçinin Corciya, Virciniya və Şimali Karolina ştatlarında da ölüm halları qeydə alınıb.

Hazırda xilasedicilər dağıntıların arasında axtarışlar aparır. Həlak olanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, 5 ballıq Saffir-Simpson cədvəli üzrə 4-cü kateqoriya gücündə qiymətləndirilən “Maykl” qasırğası oktyabrın 10-da ABŞ sahillərinə çatıb. Bundan sonra zəifləməyə başlayan fırtınanın gətirdiyi güclü külək və leysan yağışları ölkənin cənub-şərqində daşqınlara və dağıntılara səbəb olub.

Təbii fəlakət nəticəsində ABŞ-ın şərq sahillərində 1,5 milyon istifadəçi elektriksiz qalıb. ABŞ Prezidenti Donald Tramp gələn həftənin əvvəllərində “Maykl” fırtınasından ciddi zərər çəkən Corciya və Florida ştatlarına səfər etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.