ABŞ-da Nyu-York Azərbaycan Teatrının ilk tamaşasının premyerası keçiriləcəkdir
AzerTAg.az
Bakı, 1 dekabr (AZƏRTAC). Dekabrın 4-də Azərbaycan-Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerası olacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tamaşa Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmişdir.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Azərbaycan-Nyu-York Assosiasiyasının üzvləri ifa edəcəklər.
Nyu-York Azərbaycan Teatrının yaradılmasının məqsədi zəngin Azərbaycan mədəniyyətini ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var