DÜNYA


ABŞ-da TikTok sosial şəbəkəsinə məhdudiyyətin tətbiqi müvəqqəti dayandırılıb

Bakı, 13 noyabr, AZƏRTAC

ABŞ-ın Ticarət Nazirliyi Birləşmiş Ştatlar ərazisində TikTok sosial şəbəkəsinin işinin məhdudlaşdırılması barədə qərarının icrasını müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, bu addım ABŞ-da sosial şəbəkənin fəaliyyətinin mümkün qadağası ilə əlaqədar məhkəmə işlərinin davam etməsi fonunda atılıb.

Nazirlik qadağanın müvəqqəti olaraq dondurulmasının səbəblərindən biri kimi Pensilvaniya ştatının Filadelfiya şəhər dairə məhkəməsində prosesin davam etməsini əsas gətirib. Oktyabr ayında məhkəmənin hakimi TikTok əlavəsinin üç populyar istifadəçisinin sosial şəbəkənin işinə qadağanın yolverilməzliyi barədə şikayətini təmin edib. Hazırda ABŞ məhkəmələrində bu məsələ ilə bağlı daha iki məhkəmə işi nəzərdən keçirilir. Onlardan biri əlavənin sahibi olan “ByteDance” kompaniyası tərəfindən qaldırılıb.

Bundan başqa, sentyabr ayının sonlarında əlavənin rəqəmsal “Google” və “Apple” mağazalarından çıxarılması ilə bağlı ABŞ administrasiyasının qərarının qüvvəyə minməsi də məhkəmə tərəfindən dondurub.

Qeyd edək ki, Ağ ev administrasiyası bir milyarda yaxın istifadəçisi olan TikTok sosial şəbəkəsinin Çin hökuməti ilə əlaqəli olduğunu və Pekin üçün məlumat toplamaq üçün istifadə edildiyini düşünür. “TikTok” isə öz növbəsində bunu qəti şəkildə inkar edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.