DÜNYA
ABŞ-da aktiv neft quyularının sayı 747-yə çatıb
Bakı, 17 iyun, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da aktiv neft quyularının sayı 747-yə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 6 ədəd artaraq 747-yə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 22 həftədir ki artır.
Yanvarda 522 olan neft quyularının sayı son 21 həftədə təxminən 43 faiz çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 2014-cü ilin oktyabrında ölkə tarixində maksimuma, yəni 609-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləyərək 80 faiz azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]