DÜNYA


ABŞ-da atışma baş verib, ölənlər var

Bakı, 11 dekabr, AZƏRTAC 

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində atışma baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər ölüb.

Məlumata əsasən, atışma cinayətkarların qapandığı mağazada baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.