DÜNYA


ABŞ-da atışma olub, ölənlər var

Bakı, 21 sentyabr, AZƏRTAC

Cümə axşamı ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.

AZƏRTAC TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler məlumat verib.

Onun sözlərinə görə, atışma nəticəsində yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb.

Şerif bildirib ki, şübhəli qadın güllə yarasından ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.