DÜNYA


ABŞ-da barda atışma nəticəsində azı üç nəfər həlak olub

Bakı, 18 aprel, AZƏRTAC

ABŞ-ın Viskonsin ştatında odlu silahdan açılan atəş nəticəsində azı üç nəfər həlak olub, iki nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kenoşa dairəsinin polis departamenti məlumat yayıb.

Bildirilir ki, aprelin 17-dən 18-nə keçən gecə Comers kəndində yerləşən Comers House Tavern barında insanlara atəş açılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üç nəfərin öldüyünü görüblər. Ciddi yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

Cinayətkarın qaçıb gizləndiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.