DÜNYA


ABŞ-da bir gün ərzində COVID-19-a 150 min yoluxma faktı qeydə alınıb

Vaşinqton, 14 noyabr, AZƏRTAC

Cümə günü yenilənmiş məlumatlara əsasən, Birləşmiş Ştatlarda bir gün ərzində koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı ilk dəfə 150 mindən çox olub.

AZƏRTAC xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, noyabrın 12-də 153 500 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bu yeni göstərici ötən həftə qeydə alınmış əvvəlki rekorddan 10 min hadisə qədər çoxdur.

Noyabrın 3-də yoluxma hallarının ilk dəfə əhəmiyyətli dərəcədə artmasından sonra ölkədə təqribən 1,3 milyon yeni yoluxma qeydə alınıb. Pandemiyanın başlanğıcında Birləşmiş Ştatlarda yoluxma hallarının bu həddə çatması üçün 3 ay yarım vaxt keçmişdi. Ölkədə pandemiya başlanandan bəri 10,6 milyon yoluxma və 242 500-ə yaxın ölüm faktı qeydə alınıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.