DÜNYA


ABŞ-da bir gündə koronavirusa yoluxanların sayı 170 minədək artıb

Vaşinqton, 20 noyabr, AZƏRTAC

Cons Hopkins Universitetinin yenilənmiş məlumatına görə, Birləşmiş Ştatlarda bir gündə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 170 minə çatıb.

AZƏRTAC xəbər verir ki, bu, cari ilin yanvarının əvvəlindən bəri gündəlik göstəricilərin sayında ikinci yüksək rəqəmdir. Bundan əvvəl bildirilmişdi ki, ötən cümə pandemiya dövründə ən yüksək göstərici – 177 min təsdiqlənmiş yoluxma halı qeydə alınmışdı. Həmçinin çərşənbə günü 1800-dən çox insanın koronavirusdan ölməsi məlum olub.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya başlanandan bütün ölkə üzrə 11,54 milyon yoluxma və 250.100 ölüm halları qeydə alınıb. Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin sabiq rəhbərinin bəyanatına əsasən ilin sonunadək ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 300 minə çata bilər. ABŞ-da COVID-19 səbəbindən xəstəxanalara yatırılanların sayı 2500 nəfər artaraq hazırda 80 min nəfər təşkil edir.

Kaliforniya ştatının qubernatoru Qevin Nyusomun cümə axşamı tətbiq etdiyi yenilənmiş qaydalara müvafiq olaraq, saat 22.00-dan 05.00-dək bütün şəxsi görüşlər qadağan olunacaq.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.