SİYASƏT
ABŞ-da çıxan “Oil & Gaz Journal” qəzetində “Azərbaycan enerji sektorunun inkişafı fonunda iqtisadiyyatı şaxələndirməyə çalışır” sərlövhəli məqalə dəırc olunmuşdur
Vaşinqton, 3 may (AZƏRTAC). ABŞ-da çıxan “Oil & Gaz Journal” qəzetində “Azərbaycan enerji sektorunun inkişafı fonunda iqtisadiyyatı şaxələndirməyə çalışır” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Nik Snou “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumunun sessiyalarında iştirak edən natiqlərin sözlərini sitat gətirərək yazır ki, Azərbaycan iqtisadiyyatı, heş çübhəsiz, neft-qaz sənayesindən böyük qazanc əldə edir, lakin hökumət iqtisadiyyatın digər sahələrində də uğurlu fəaliyyət üçün zəmin yaratmışdır.
ABŞ energetika nazirinin beynəlxalq münasibətlər üzrə köməkçisi vəzifəsini icra edən Conatan Elkind forumda çıxışında bildirmişdir ki, ABŞ-ın Azərbaycan ilə uzunmüddətli münasibətləri vardır. ABŞ iqtisadiyyatın qlobal səviyyədə şaxələndirilməsini təmin etmək üçün bu münasibətləri dəstəkləmək istəyir. C.Elkind vurğulamışdır ki, Azərbaycan biznesin başqa növlərini və iqtisadiyyatın digər sektorlarını inkişaf etdirmək üçün çoxlu imkanlar təklif edir.
“Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı energetika və iqiqtisadiyyatın digər sahələridir” sessiyasэndakэ зэxэєlara toxunan məqalə müəllifi xarici sərmayədarlar üçün mövcud olan imkanları inandırıcı şəkildə təsdiq edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə Azərbaycanın dostları Assosiasiyası tərəfindən təşkil edilmiş III “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu aprelin 29-30-da Vaşinqtondakı məşhur “Willard Intercontinental Hotel”də keçirilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton