DÜNYA
ABŞ-da daha 1,5 milyon insan işsizlik müavinəti üçün müraciət edib
Vaşinqton, 19 iyun, AZƏRTAC
Daha 1,5 milyon amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat cümə axşamı günü ABŞ Əmək Nazirliyinin həftəlik hesabatında yer alıb. Hesabatda bildirilir ki, ümumilikdə 1 milyon 508 min yeni ərizə qeydə alınıb, bu da əvvəlki həftə ilə müqayisədə 58 min azdır. Əksər iqtisadçıların proqnozlarına görə, yeni müraciətlərin sayı 1,3 milyona çatmalı idi.
Nazirliyin ötən həftənin nəticələrinə dair daha 24 min ərizənin əlavə olunduğu hesabatına yenidən baxılıb. Beləliklə, işsizlik səviyyəsi dəyişməyərək 14,1 faiz həddində qalıb.
Koronavirus pandemiyası başlayandan bəri 44 milyondan çox amerikalı, artıq onlardan çoxunun öz işlərinə qayıtmasına baxmayaraq, işsizlik müavinəti almaq üçün müraciət edib. Nazirliyin bundan əvvəlki hesabatına görə, may ayında ABŞ-da daha 2,5 milyon iş yeri açılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]