DÜNYA


ABŞ-da dərmanlar dronların köməyilə çatdırılacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

ABŞ-ın Bentonvill şəhəri sürücüsüz uçuş vasitələrinin köməyi ilə sağlamlıq üçün dərman və malların çatdırılmasına görə pilot meydançasına çevriləcək. Bu, “Walmart” və “Zipline” şirkətlərinin birgə layihəsidir. Bu haqda şirkətlərin bəyanatına istinadən “The Verge” nəşri məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Bentonvill şəhəri layihə üçün təsadüfi seçim deyil. “Walmart” ticarət şəbəkəsinin qərargahı orada yerləşir. ABŞ-ın “Zipline” şirkətinin dronları Afrikada xəstəxanalara dondurulmuş plazma çatdırır. Ancaq sözügedən şirkətin fəaliyyəti ABŞ ərazisində qanunlarla məhdudlaşdırılıb. 2020-ci ildə Federal Mülki Aviasiya İdarəsi koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri bir qədər yumşaldıb.

Xüsusi dronlar sifariş verildikdən sonra 1 saatdan az müddətə dərman vasitəsini çatdıracaqlar.

“Zipline” şirkətinin nümayəndələri bu layihənin ABŞ-da sürücüsüz idarə olunan təyyarələrin kommersiyalaşdırılması istiqamətində vacib bir addım olacağını hesab edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.