DÜNYA


ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb

Bakı, 24 oktyabr, AZƏRTAC

ABŞ hərb-dəniz qüvvələrinin döyüş təyyarəsi Alabama ştatında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə xarici KİV-lər Bolduin dairəsi şerifinin ofisinə istinadla məlumat yayıb.

Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın hər iki üzvünün həlak olduğu, yerdə isə heç kəsin zərər çəkmədiyi bildirilir. Amerika hərbi-hava hazırlığının komandanlığı həlak olan təyyarəçilərin doğmalarına Twitter-də başsağlığı verib.

İnsidentin təhqiqatı ilə Müdafiə Nazirliyi və hərbi-dəniz donanmasının əməkdaşları məşğul olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.