DÜNYA


ABŞ-da faşist salamı verən həbsxana personalı işdən qovulub

Bakı, 6 dekabr, AZƏRTAC 

ABŞ-da faşist salamı verən həbsxana personalının fotoşəkli ölkədə böyük qalmaqala səbəb olub. Bu şəkildə Qərbi Virciniya İslah və Reabilitasiya bölməsinin əməkdaşları üzərində “Hayl Byrd” yazılan divarın önündə kollektiv şəkildə nasist salamı verərkən əks olunublar.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Qərbi Virciniya ştatının qubernatoru faşist salamı verən əməkdaşların işdən qovulması barədə əmr imzalayıb. Bildirilir ki, 30 nəfərlik həbsxana personalı təlim proqramında iştirakdan sonra bir yerə toplaşaraq xatirə şəkli çəkdirmək istəyiblər. Bu zaman onlardan biri faşist salamı verməyi təklif edib. Əməkdaşların adları açıqlanmır. Bu qalmaqalla bağlı ABŞ-ın Hərbi Məsələlər və İctimai Təhlükəsizlik Departamenti də məlumat yayıb.

Ştatın qubernatoru Cim Castis “The Washington Post” nəşrinə müsahibəsində sözügedən əməkdaşların hərəkətini kəskin şəkildə pisləyib və onların barəsində təhqiqat aparılacağını bildirib. O, bunu peşə vəzifəsinə xəyanət kimi qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.