Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ABŞ-da fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, qüdrətli Ali Baş Komandan.

Sizi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatı adından salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Amerikada yaşayan azərbaycanlı gənc diaspor fəalı olaraq vətənim Azərbaycanın inkişafı, rifahı, müstəqilliyinin daha da möhkəmlənməsi yolunda atdığınız hər bir addımla fəxr edirəm. Yeni yaşınızda bu nailiyyətlərin daha parlaq olacağına əminliyimi bildirərək Sizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, Sizin dərin siyasi strategiyanız Azərbaycan xalqının illərlə köksündə bəslədiyi həsrətə son qoydu və biz gənclərdə fərəh, iftixar, özünəinam hisslərini gücləndirərək daha iri addımlarla irəliləməyimizə səbəb oldu.

Sizə möhkəm cansağlığı, Azərbaycan naminə gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

 

Əsmər Hüseynova

ABŞ-da fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin