DÜNYA


ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

Bakı, 23 iyun, AZƏRTAC

Nyu-Meksiko ştatında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yüngül mühərrikli A-29 “Super Tucano” təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu “Holloman” aviabazasının nümayəndəsi bildirib. Onun sözlərinə görə, insident iyunun 22-də yerli vaxtla saat 11:30-da “Red Rio” poliqonu yaxınlığında baş verib. Hadisə nəticəsində xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Digər hərbçinin aqibəti barədə informasiya isə dəqiqləşdirilir.

A-29 “Super Tucano” Braziliyanın yüngül mühərrikli EMB-314 “Super Tucano” hücum təyyarəsinin ABŞ üçün nəzərdə tutulan modifikasiyasıdır. Pentaqon ondan təlim, kəşfiyyat və aviasiya dəstəyi təyyarəsi kimi istifadə edir.

Xatırladaq ki, may ayının əvvəllərində Corciya ştatında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 9 hərbçinin hamısı həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.