DÜNYA


ABŞ-da inflyasiyanın artması fonunda ailələrin borcları 2 faiz çoxalıb

Vaşinqton, 3 avqust, AZƏRTAC

2022-ci ilin ikinci rübündə ABŞ-da ailələrin borcları 2 faiz çoxalıb. Bunun bir səbəbi iyirmi ildən artıq müddətdə kredit kartları üzrə borcların illik məbləğinin ən böyük həcmdə artmasıdır.

AZƏRTAC xəbər verir ki, bu məlumat Nyu-Yorkun Federal Ehtiyatlar Bankının bəyanatında açıqlanır. Ailələrin ümumi borcu 312 milyard dollar artaraq 16,15 trilyon dollara çatıb. Bu, 2019-cu ilin sonunda və COVID-19 pandemiyasından bilavasitə əvvəl mövcud olmuş borcdan 2 trilyon dollar çoxdur.

Cari ilin ikinci rübündə ABŞ-da istehlakçılar ipoteka kreditləri üzrə borcun ən yüksək artımı ilə üzləşiblər: iyunun sonu üçün olan məlumata görə bu borclar 207 milyard dollar artaraq 11,39 trilyon dollara çatıb. Mənzillə bağlı olmayan borclar arasında tələbələrə verilən ssudalar 2022-ci ilin birinci rübündə 1,58 trilyon dollardan artaraq ikinci rübdə 1,59 trilyon dollara; avtomobil kreditləri – 1,47 trilyon dollardan 1,50 trilyon dollara; kredit kartları üzrə borclar 840 milyard dollardan 890 milyard dollara; digər borclar, o cümlədən pərakəndə satış kartları və digər kreditlər üzrə borclar 450 milyard dollardan 470 milyard dollara çatıb.

Mənzil sahəsi ilə bağlı olmayan borcların ümumi məbləği 103 milyard dollar və ya 2,4 faiz artıb. Bu, 2016-cı ildən bəri ən böyük artımdır. Federal Ehtiyatlar Sistemi qeyd edib ki, kredit kartları üzrə borclar 2021-ci ilin ikinci rübündən iyunun sonuna qədər 13 faiz artıb. Bu, 20 ildən artıq dövrdə ən yüksək artımdır, çünki qiymətlər artdıqca amerikalıların çoxu borca girməyə məcbur olur.

AZƏRTAC –ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.