ELM VƏ TƏHSİL


ABŞ-da isitmə və soyutma funksiyası olan parça hazırlanıb

Bakı, 14 noyabr, AZƏRTAC 

ABŞ-ın Stenford Universitetinin laboratoriyasının alimləri tərəfindən hazırlanmış yeni material insanı soyuq havada isidə, isti havada isə sərinləşdirə bilir. Unikal iki qatdan ibarət olan parça geyimlərin hazırlanması ilə yanaşı, yüksək texnologiyalar sahəsində də istifadə edilə bilər.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, materialın hazırlanmasında xüsusi komponentlərdən istifadə edilib. Belə ki, daxili qatı nanoməsaməli polietilendən hazırlanan material temperatur artdıqda insan bədəninin istiliyini xaric edir. Materialın xarici qatı isə şüalanma əmsalı aşağı olan mis tozlanmasından hazırlanıb. Bu texnologiya sayəsində parça soyuq hava şəraitində istiliyi udaraq özündə mühafizə edir. Bununla yanaşı, parça hava və buxar buraxaraq dəriyə sərinlik verir.

Alimlər bu materialı təcrübədən keçirmək niyyətindədirlər. Güman olunur ki, materialdan yaz-payız geyimlərinin və dəyişkən temperaturda işləyən texnika üçün qoruyucu örtüklərin hazırlanmasında istifadə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.