ELM VƏ TƏHSİL
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ-ın Loqan şəhərində keçirilən XIV Beynəlxalq “Şimal kəklikləri” simpoziumunda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Yuta Dövlət Universitetində keçirilən tədbirə ABŞ-ın əksər ştatlarından və dünyanın bir çox ölkələrindən 150-yə yaxın alim və mütəxəssis qatılıb. Simpoziumun keçirilməsində əsas məqsəd şimal kəkliklərinin ekologiyasını və populyasiyalarının dinamikasını öyrənmək olub.
Tədbirdə E.Sultanovun “Qafqaz dağ-meşə xoruzlarının Azərbaycanda müasir vəziyyəti” mövzusunda məruzəsi dinlənilib.