DÜNYA


ABŞ-da koronavirus əleyhinə 80 milyondan çox vaksin dozası paylanıb

Bakı, 9 mart, AZƏRTAC

ABŞ hakimiyyəti koronavirus əleyhinə peyvənd istehsalı tempini sürətləndirir, artıq 80 milyondan çox vaksin dozası paylanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris Şəhərlərin Milli Liqasının video-konfransında çıxış edərkən deyib.

“İndiyədək 80 milyondan çox vaksin dozası paylanıb. Ötən həftə ərzində ştatlara, aptek və səhiyyə mərkəzlərinə 18 milyon preparat göndərilib. Rəqabət aparan kompaniyalar vaksin istehsalını artırmaq üçün səylərini birləşdirib. Mayın sonlarına qədər yaşlı əhalini vaksinlə təmin edəcəyik. Biz yeni vaksinasiya mərkəzləri açacağıq”, - deyə Kamala Harris bildirib.

Vitse-prezident, həmçinin Ağ ev administrasiyasının əhalinin səhiyyə sahəsində biliyinin artırılması üçün qrant şəklində 250 milyon dollar ayıracağını vurğulayıb.

Fevral ayının sonlarında ABŞ-ın ərzaq və tibbi preparatların keyfiyyət məsələləri üzrə idarəsi koronavirusa qarşı “Johnson & Johnson” holdinqinə məxsus “Janssen” kompaniyasının hazırladığı vaksinin fövqəladə vəziyyətlərdə sürətli prosedurla qeydə alınması barədə müraciəti qəbul edib. “Janssen” preparatı artıq ABŞ ərazisində istifadəsinə icazə verilən üçüncü vaksindir.

Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan “Worldometer” saytının son məlumatına əsasən, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 29 milyon 744 mini ötüb, 538 mindən çox insan isə həyatını itirib. ABŞ həm xəstəliyə yoluxanların, həm də ölənlərin sayına görə dünyada birinci yerdə qərarlaşıb. Con Hopkins Universiteti ölkədə indiyədək 31 milyon insana vaksinin hər iki dozasının vurulduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.