DÜNYA


ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 130 mini ötüb

Bakı, 1 iyul, AZƏRTAC

ABŞ-da 130 min 123 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son sutka ərzində Birləşmiş Ştatlarda koronavirusa 46 mindən çox yoluxma və 764 ölüm faktı qeydə alınıb. Ölkədə həm yoluxanlar, həm də ölənlər bir gün əvvələ nisbətən artıb. İyunun 29-da bu göstəricilər müvafiq olaraq 44 min 734 nəfər və 366 nəfər idi.

Saytın Bakı vaxtı ilə bu gün saat 11:50-yə olan məlumatına əsasən, dünyada 10 milyon 600 minə yaxın yoluxma və 514 min 298 ölüm halı qeydə alınıb, xəstələrin yarıdan çoxu - 5 milyon 812 mini sağalıb. Müalicəsi davam edən 4 milyon 273 min nəfərdən 57 min 849-nün vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlarda indiyə qədər 2 milyon 727 min 996 nəfər COVID-19 infeksiyasına yoluxub. Yoluxanlardan 1 milyon 143 min 490 nəfər sağalıb, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 454 min 383 nəfərdir. Onlardan 15 min 935-nin vəziyyəti ağır qiymətləndirilir. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həmdə ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

May ayında Prezident Donald Tramp ümid etdiyini bildirmişdi ki, ölənlərin sayı 100 mini ötməyəcək. “Ümid edək ki, biz 100 mindən aşağı ölüm səviyyəsinə çıxacağıq, amma hər halda bu da dəhşətdir”, - o vaxt Prezident jurnalistlərə belə demişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.