DÜNYA


ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyonu ötüb

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ-da COVID-19 infeksiyasına yoluxma hallarının sayı 7 milyonu ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 20-də ölkədə koronavirusa yoluxanların sayı 33 min 344 nəfər, ölənlərin sayı isə 294 nəfər təşkil edib.

Bu günə qədər ölkədə 7 milyon 4768 nəfər koronavirus infeksiyasına yoluxub, 204 min 118 nəfər həyatını itirib. Hazırda müalicəsi davam edən 2 milyon 550 min xəstənin 14 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir. Eyni zamanda, 4 milyon 250 min nəfərin COVID-19 xəstəliyindən sağaldığı bildirilir.

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Saytın son məlumatına əsasən, sentyabrın 20-də dünyada koronavirusa yoluxanların sayı 249 min 136 nəfər artaraq 31 milyon 254 min 734 nəfərə, ölənlərin sayı isə 3 min 891 nəfər artaraq 965 min 199 nəfərə çatıb. Həmçinin 22 milyon 839 min nəfər COVID-19 xəstəliyindən sağalıb.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.