DÜNYA
ABŞ-da koronavirusa yoluxanların sayı 80 milyonu ötüb
Bakı, 19 fevral, AZƏRTAC
ABŞ-da ötən sutka ərzində COVID-19 infeksiyasına 108 min 480 yoluxma qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 milyon 24 min nəfərə çatıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, fevralın 18-də Birləşmiş Ştatlarda daha 2 min 70 nəfər koronavirusun qurbanı olub. Ölkədə COVID-19 infeksiyası səbəbindən həyatını itirənlərin ümumi sayı 958 min nəfəri ötüb, virusa yoluxmuş 51 milyondan çox insan sağalıb.
ABŞ pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayına görə dünyada ilk yeri tutur.
Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. İndiyədək dünyada koronavirusa yoluxanların sayı 422 milyon 455 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 894 min 237 nəfərə çatıb, 347 milyon 85 min nəfər isə sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]