DÜNYA


ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri keçib

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 6 milyon 828 min 301 nəfərə, koronavirus səbəbindən ölənlərin sayı isə 201 min 348 nəfərə çatıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, eyni zamanda, ölkədə 4 milyon 119 min 158 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 2 milyon 507 min 795 xəstədən 14 min 157-nin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində Birləşmiş Ştatlarda 40 min 154 yeni yoluxma halı qeydə alınıb, 1151 nəfər isə koronavirus səbəbindən həyatını itirib.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.