DÜNYA


ABŞ-da koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb

Bakı, 19 noyabr, AZƏRTAC

ABŞ-da koronavirus qurbanlarının sayı 250 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Cons Hopkins Universitetinin saytında yer alıb.

Universitetin noyabrın 18-nə olan məlumatına görə, Birləşmiş Ştatlarda pandemiyanın əvvəlindən bəri 11 milyon 485 min 176 yoluxma və 250 min 29 ölüm halı qeydə alınıb. Həmçinin 4 milyon 294 minə yaxın koronavirus xəstəsi sağalıb.

Dünya üzrə indiyədək COVID-19 virusuna 56 milyondan çox insan yoluxub və onlardan 1,3 milyon nəfəri həyatını itirib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.