DÜNYA


ABŞ-da koronavirusdan ölənlərin sayı 900 min nəfəri ötüb

Bakı, 28 yanvar, AZƏRTAC

ABŞ-da ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 2 min 689 nəfər həyatını itirib və ölkədə koronavirusdan ölənlərin ümumi sayı 902 min 140 nəfərə çatıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer portalına istinadla xəbər verir ki, həmçinin ötən gün Birləşmiş Ştatlarda 497 min 351 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 74 milyon 695 min nəfəri ötüb.

ABŞ koronavirusa həm yoluxma, həm də ölüm hallarının miqdarına görə dünyada ilk yeri tutur.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. İndiyədək dünyada 367 milyondan çox insan koronavirusa yoluxub, onlardan 5 milyon 657 min 323 nəfəri vəfat edib, 290 milyon 397 min nəfər isə sağalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.